Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo və sevgilisini belə qarşıladılar - FOTO

Ronaldo və sevgilisini belə qarşıladılar - FOTO

Tarix: 3 Yanvar 2023 20:54

Bir neçə gün öncə Səudiyyə Ərəbistanın "Əl Nəsr" klubu ilə müqavilə imzalamış Kriştianu Ronaldu Ər-Riyada gəlib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, burada onu komandanın azyaşlı azarkeşləri qarşılayıblar.

Müvafiq görüntüləri ulduz futbolçu özünün sosial şəbəkə səhifəsində yayıb.

"Səmimi qəbula görə Ər-Riyada təşəkkür edirəm! Bu axşam sizi stadionda gözləyirəm", - portuqaliyalı forvard yazıb.

Hücumçu artıq "Əl Nəsr"də tibbi müayinədən də uğurla keçib. 37 yaşlı futbolçu tibbi müayinədən fotosunu yayımlayıb.

Qeyd edək ki, Ronaldunun "Mrsul-Park" stadionundakı təntənəli təqdimat mərasimi artıq başlayıb.Tədbirdə təxminən 30 min tamaşaçının iştirakı gözlənilir.


Etiketlər:  Ronaldo sevgilisini belə qarşıladılar FOTO


RƏYLƏR