Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı

Tarix: 3 Yanvar 2023 22:10

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

"Report"un məlumatına görə, meyit şəhərin Bakı prospektində yeni inşa olunan, yaxın günlərdə açılışı gözlənilən marketin ərazisində tapılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazinin bir qismində tikinti işləri gedir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Xaçmazda Sumqayıt sakininin meyiti tapıldı


RƏYLƏR