Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mənzildən 15 min manatlıq antik əşyalar oğurlandı

Bakıda mənzildən 15 min manatlıq antik əşyalar oğurlandı

Tarix: 4 Yanvar 2023 13:38

Bakıda evdən 15 min manatlıq antik əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.

Polis əməkdaşlarının "isti iz"lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübüt kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.

R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.


Etiketlər:  Bakıda mənzildən manatlıq antik əşyalar oğurlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ