Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda 40 yaşlı şəxs itkin düşüb - FOTO

Yevlaxda 40 yaşlı şəxs itkin düşüb - FOTO

Tarix: 4 Yanvar 2023 14:42

Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi "Niva" markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, onun əlamətləri 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Milli.Az


Etiketlər:  Yevlaxda 40 yaşlı şəxs itkin düşüb FOTO


RƏYLƏR