Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

27 illik axtarışdan sonra oğru həbs edilib

27 illik axtarışdan sonra oğru həbs edilib

Tarix: 4 Yanvar 2023 16:54

1995-ci ildə Slovakiyanın qərbindəki Nitra şəhərində nağd pul daşıyan avtomobili qarət etdiyinə görə axtarışda olan cinayətkar həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, məhkəmənin hökmü ilə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilən soyğunçu bir neçə gün əvvəl Çexiyada saxlanılaraq Slovakiyanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

İstintaqın müəyyən etdiyi kimi, o, tərəfdaşı ilə birlikdə 12 milyon Slovak kronunu (1995-ci ilin məzənnəsi ilə təxminən 420 min dollar) oğurlayıb.

Cinayətkarın adı açıqlanmır, onun təxminən 60 yaşı var. O, adını və yaşayış yerini dəyişib. Onun şərikinin taleyi və oğurlanmış pullar barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  illik axtarışdan sonra oğru həbs edilib


RƏYLƏR