Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2023 20:18
İran dünyada təbii qaz ehtiyatları üzrə üçüncü yerdə olmasına baxmayaraq, yüksək istehlak və qaz yataqlarının işlənilməməsi səbəbindən ölkə soyuq mövsümdə ciddi qaz böhranı ilə üzləşib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran Milli Qaz Şirkətinin İnteqrasiya edilmiş planlaşdırma direktoru Hüseynəli Məhəmmədhüseyni deyib.
"İran dünya qaz ticarətinin 8-10 faizinə, yəni dünya qaz ticarəti portfelinin 100 milyard kubmetrdən çoxuna malik olmalıdır. Lakin indiyədək bu məqsədə nail olunmayıb. Neft Nazirliyi və İran Milli Qaz Şirkətinin yanaşması qazın ixrac payını artırmaqdan ibarətdir. Faktiki olaraq İran iqtisadiyyatı, xüsusən sənaye sektoru qazdan asılı vəziyyətə düşdüyü üçün ixrac imkanlarını itirib".