Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 08:40
Türkiyə Superliqasında 17-ci turun oyunları davam edir.
Ötən gün daha 4 qarşılaşma keçirilib.
"Konyaspor" - "Sivasspor" matçında qalib müəyyənləşməyib. Səfərdə "Kayserispor"la qarşılaşan "Fatih Karagümrük" inamlı qələbə qazanıb. "Kasımpaşa" doğma meydanda "Alanyaspor"u böyük hesabla məğlub edib. "Qalatasaray" evdə "Ankaragücü" ilə görüşdə əzmkar qələbə qazanıb.
Türkiyə Superliqası, 17-ci tur
4 yanvar
"Kasımpaşa" - "Alanyaspor" - 4:1
Qol: Ben Uanes, 11. Fall, 32; 83. Eysserik, 67 - Koka, 90+1.
"Kayserispor" - "Fatih Karagümrük" - 2:4
Qol: Mensa, 57. İ.Parlak, 72 - L.Mercan, 1. Diane, 12; 63. O.Şükürov, 47.
"Qalatasaray" - "Ankaragücü" - 2:1
Qollar: B.Yılmaz, 16. B.Qomis, 30 - T.Antalyalı, 7.
"Konyaspor" - "Sivasspor" - 2:2
Qollar: M.Dəmir, 22. Hacıahmetoviç, 56-pen - Qradel, 34-pen. Xarisis, 79.
Turnir cədvəlinə 36 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 35 xalla 2-ci, bir oyun az keçirən "Başakşəhər" 30 xalla 3-cüdür.