Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 21:10
Baytar ərini heyvan evtanaziyası dərmanı ilə dəfələrlə zəhərləməkdə ittiham olunan 50 yaşlı Viskonsin sakini Amanda Çapin birinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunub.
Sonxeber.net xəbər verir ki, əyalət səlahiyyətlilərinin iddiasına görə, o, iyul və avqust aylarında 70 yaşlı əri Hari Çapini qəhvənin içinə barbituratlar qataraq üç dəfə zəhərləyib.
İddiaya görə, cütlük mart ayında ailə qurub. Amanda Çapin toydan sonra ərinin övladlarından birinin imzasını etibarnamədə saxtalaşdırıb, daha sonra ərindən evin alqı-satqı müqaviləsində dəyişiklik etməsini tələb edib ki, öləcəyi təqdirdə ev onun adına keçsin.
Şikayətdə bildirilir ki, o, evin alqı-satqı müqaviləsinin icrasına icazə alındıqdan üç həftə keçməmiş ərini ilk dəfə zəhərləyib.
Üçüncü dəfə o, avqustun əvvəlində zəhərli olduğu güman edilən qəhvəni içəndə dörd gün davam edən komaya düşüb. Qan testi göstərdi ki, onun sistemindəki barbituratlar heyvanları evtanaziya etmək üçün istifadə olunan dərmanlardan əldə edilir.
Hari Çapinin oğlu daha sonra atasının adından Amanda Çapini polisə şikayət edib. (publika)