Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 08:22
ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün "Leqembi" preparatının istifadəsinə sürətləndirilmiş icazə verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat verilib.
Saytda deyilir ki, "Bu müalicə üsulu təkcə xəstəliyin simptomlarını aradan qaldırmağa deyil, həm də onun əsas prosesi ilə mübarizə aparmağa yönəlmiş ən son terapiyadır".
Preparat əhalinin yüksək tələbatı və sübut edilmiş effektivliyi səbəbindən sürətləndirilmiş əsasda təsdiq edilib.
Dərmanın tədqiqi yüngül koqnitiv pozğunluğu olan 865 xəstə üzərində sınanıb və müsbət nəticə əldə edilib.