Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 08:42
Estoniya hökuməti sovet ordusuna həsr edilmiş abidələrinin sökülməsi və köçürülməsi üçün 900 min avrodan çox vəsait ayırıb. Hökumət Sovet əsgərlərinin abidələrinin sökülməsi ilə bağlı qərarların qəbulunu asanlaşdıran dəyişiklikləri təsdiqləyib.
Estoniya hökumətinin fikrincə, bu abidələr "işğal rejiminə və təcavüz aktlarına dəstək və bəraət" simvoludur.
ERR dövlət televiziyası və radiosunun məlumatına görə, Estoniyada 244 sovet abidəsinin yeri dəyişdiriləcək və ya söküləcək.