Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu komandasının qollarına belə reaksiya göstərdi - VİDEO

Ronaldu komandasının qollarına belə reaksiya göstərdi - VİDEO

Tarix: 7 Yanvar 2023 12:46

Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda "Əl-Nəsr" "Əl Tai" komandasına 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Əl-Nəsr" braziliyalı yarımmüdafiəçisi Anderson Taliskanın dublu (42 və 47-ci dəqiqə) sayəsində qələbə qazanıb.

Kriştiano Ronaldo klubun legioner limitinin dolması səbəbilə meydana çıxa bilməsə də, matçın birinci hissəsində tribunadan komanda yoldaşlarını izləyib. İkinci hissədə isə idman zalında televiziya vasitəsilə yeni kollektivinin oyununa baxıb.

Taliskanın qollarına böyük reaksiya göstərən portuqaliyalı ulduzun görüntülərini təqdim edirik.

Milli.Az


Etiketlər:  Ronaldu komandasının qollarına belə reaksiya göstərdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ