Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üç rayonda 35 qəza - 69 avtomobilə ziyan dəydi

Üç rayonda 35 qəza - 69 avtomobilə ziyan dəydi

Tarix: 9 Yanvar 2023 10:44

Quba, Qusar və Xaçmazda 35 qəza olub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.

Milli.Az


Etiketlər:  Üç rayonda 35 qəza 69 avtomobilə ziyan dəydi


RƏYLƏR