Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda yol qəzasında iki nəfər xəsarət alıb

Sabirabadda yol qəzasında  iki nəfər xəsarət alıb

Tarix: 10 Yanvar 2023 09:02

Sabirabad rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1983-cü il təvəllüdlü Məmmədov Pərvin Cəlil oğlu və 1985-ci il təvəllüdlü Məmmədova Ülkər Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sabirabadda yol qəzasında iki nəfər xəsarət alıb


RƏYLƏR