Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH daxilində qarşıdurmalar başladı

SEPAH daxilində qarşıdurmalar başladı

Tarix: 10 Yanvar 2023 09:08

Azərbaycanlıları açıq şəkildə edam etməkdən çəkinən İran hakimiyyəti onları dolayısı ilə öldürür. İşgəncə və təcavüz göstərərək, gəncləri intihara sürükləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Güney azərbaycanlı siyasi fəal Eldar Güney İranın cəza tədbirlərindən danışarkən deyib.

O, İran İntizam Qüvvələrindəki yeni təyinatın etiraz dalğasını daha da şiddətləndirəcəyini bildirib:

"Əhmədrza Radanı İran İntizam Qüvvələrinin komandiri təyin etməklə hakimiyyət geriyə addım atmayacağını nümayiş etdirir. Amma xalqı razı salmaq üçün ilk növbədə polis qüvvələrini cəzalandırmaq lazımdır. Əks halda bu etirazlar səngiməyəcək. Çünki xalqın hakimiyyətə etibarı qalmayıb. Məndə olan məlumata görə, artıq SEPAH daxilində də qarşıdurmalar var".

Siyasi fəal Murtəza Muradpur isə 13 azərbaycanlının edam edilməsinə diqqət çəkib. O, bu addımların insanlarının gözünü qorxutmaq üçün atıldığını bildirib:

"Bu isə nəticə verməyəcək. Çünki xalq cana doyub. Artıq yaxşı yaşamaq istəyir. Əksinə, edamlar etiraz dalğasını artıracaq. Rejimin İntizam Qüvvələrinin başçısı təyin etdiyi şəxs SEPAH-dan gətirilib. Onlara daha çox güvənirlər. Əhmədrza Radan bir vaxtlar İranda baş tutan etirazları amansızlıqla yatıran şəxslərdən biridir. Əvvəllər qadınların geyiminə nəzarət edirdi. Onun yenidən İntizam Quvvələrinin komandiri təyin olunması vəziyyətin yaxşılığa doğru getməməsindən xəbər verir. Çünki hakimiyyət etirazların davam edəcəyindən bərk narahatdır".

Milli.Az


Etiketlər:  SEPAH daxilində qarşıdurmalar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ