Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan 22 müxalif deputatın mandatını ləğv edir

Paşinyan 22 müxalif deputatın mandatını ləğv edir

Tarix: 12 Yanvar 2023 08:15

Ermənistan hakimiyyəti 22 müxalifətçi deputatı mandatdan məhrum etməyi planlaşdırır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, parlament şurası bu məqsədlə Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Şuranın iclasında müzakirə olunan məsələlərdən biri də "Ermənistan" blokunun deputatlarının mandatlarından məhrum edilməsi olub.

Şuranın qərar layihəsində Konstitusiya Məhkəməsinə müraciət üçün tarix yanvarın 13-ü qeyd olunur.

Parlament sədrinin mətbuat katibi Sovinar Xaçatryan bildirib ki, deputatlar iclaslara gəlməmə həddini keçiblər.

"Hər bir deputat üçün ayrıca - mandatdan məhrumetmə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilib-edilməməsi üzrə səsvermə keçirilir", - Xaçatryan deyib.


Etiketlər:  Paşinyan müxalif deputatın mandatını ləğv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ