Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Parlamentinin rəsmisi korrupsiyaya görə istefa verib

Avropa Parlamentinin rəsmisi korrupsiyaya görə  istefa verib

Tarix: 12 Yanvar 2023 08:38

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri Mariya Arena Belçikada korrupsiya ilə bağlı başlanmış istintaqla əlaqədar vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.

Arenanın adı Qətər və Mərakeşin xeyrinə korrupsiyada hallanır.

"Belçika hakimiyyəti məni deputat toxunulmazlığımdan məhrum etməyib. Nə ofisimdə, nə də evimdə axtarış aparılıb ", - Arena qərarı sərbəst şəkildə verdiyini deyib.

Avropa Parlamentində Qətər və Mərakeşin maraqlarının təmsilçiləri ilə əlaqələri olan deputatlar və işçilərlə bağlı araşdırma davam edir. Onların arasında Avropa Parlamentinin keçmiş vitse-prezidenti, hazırda həbsdə olan yunan deputat Eva Kaili də var

Milli.Az


Etiketlər:  Avropa Parlamentinin rəsmisi korrupsiyaya görə istefa verib


RƏYLƏR