Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi

Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi

Tarix: 12 Yanvar 2023 10:40

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

İndiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcəkk, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. Onun nizamnamə kapitalı 94 milyon dollardır.

Milli.Az


Etiketlər:  Vasif Talıbovun qızı da vəzifəsindən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ