Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan” İtaliya Kuboku ilə erkən vidalaşdı - VİDEO

“Milan” İtaliya Kuboku ilə erkən vidalaşdı - VİDEO

Tarix: 12 Yanvar 2023 18:30

Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Milan" öz meydanında "Torino" ilə qarşılaşıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində "Torino"nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin "Rossonyerlər" say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsində - 114-cü dəqiqədə "Torino"nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, "Milan" İtaliya Kuboku ilə erkən vidalaşıb.

Milli.Az


Etiketlər:  Milan İtaliya Kuboku ilə erkən vidalaşdı VİDEO


RƏYLƏR