Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 17:36
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, "Liverpul"un çalışdırıcısı Yurqen Klopp birinci olub. 52 yaşlı mütəxəssis ardıcıl 2-ci, ümumilikdə isə 5-ci dəfə bu mükafatı qazanıb. Qalib azarkeşlərin və mütəxəssislərin səsverməsi nəticəsində seçilib.
Qeyd edək ki, namizədlər arasında Kloppdan başqa "Çelsi"nin baş məşqçisi Frenk Lempard, "Lester"in çalışdırıcısı Brendan Rodcers və "Bornmut"un baş məşqçisi Eddi Hay da olub.