Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 04:25
"Onlar (bayağı ifaçılar - red.) olmasa, yaxşı ifaçıların qədri bilinməz heç vaxt. Onlar yavaş-yavaş keçib gedəcəklər. Bu sənətdə əbədi deyillər. Çünki xalqın gözü tərəzidir. Xalqın yaradıcılığını necə bayağı kimi təqdim etmək olar?"
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "ATV səhər" verilişinə müsahibəsində deyib.
Sənətçi Azərbaycan musiqisini korlayan bayağı ifaçılardan və onların oxuduğu mahnılardan söz açıb:
"12 yaşımdan qız toylarına getmişəm. Oxumağa isə oradan başlamışam. Efirdə özümü təsdiq etmişəm. Belə bir söz var, xalqın sevən sənətkarına dağ bata bilməz. Bayağılıq bir az özünü göstərir. 15 yaşından bu xalqın gözünün önündə böyümüşəm. Əslində, bir az doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar".