Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səidə şou-biznesdən kiminlə evlənər?

Səidə şou-biznesdən kiminlə evlənər?

Tarix: 13 Yanvar 2023 13:25

Müğənni Səidə Sultan bir neçə məşhur bəy haqqında maraqlı fikirlər səsləndirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Səhər mərkəzi" proqramında qonaq olan sənətçi ona təqdim edilən tanınmış simaların fotolarına rəy bildirib, onlardan hansı ilə evlənib-evlənməyəcəyini deyib.

Səidə əvvəlcə Niyam Salami haqda "Özü təklif etdi, dedi, evlənək. Dedim ki, Niyam gülməkdən ölərəm", - deyə, söyləyib. O, daha sonra ekranda görünən aktyor Elşən Orucovla bağlı "Elşən kimi olar, amma Fəlakət kimi bağışla", - deyə, vurğulayıb. Ardınca İbrahim Tatlısesin şəklini görən Səidə "Bu kişini çırparam. Çünki şorgözdür" şərhini verib.

O, həmkarı Çingiz Mustafayevin isə mədəni və yaraşıqlı olduğunu, lakin onunla yola gedə bilməyəcəyini deyib.

Səidə reper Dadonun rəsminə isə maraqlı reaksiya verib: "Bu da bir cür dəlidir. Bu işin sonunda ya o, məni, ya da mən onu öldürərəm".

Özünü Eldar Qasımovla bir yerdə görmədiyini deyən Sultan "Ay Allah... Məni onu bəsləyərəm, bələyərəm", - deyə, bildirib. O, ifaçılar Şöhrət Məmmədov və Talıb Talenin isə zövqünə və stilinə uyğun olmadığını söyləyib. Səidə sonda təqdim olunan fotolardan yalnız Murat Bozla ailə qura biləcəyini deyib.

Milli.Az


Etiketlər:  Səidə şou biznesdən kiminlə evlənər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR