Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qastroenterit sindromu

Qastroenterit sindromu

Tarix: 14 Yanvar 2023 08:18

Qastroenterit sindromunun yaranmasına infeksion xəstəliklər və infeksiyalar səbəb olur.Sindromun müxtəlif formaları var:
Salmanelyoz qastroenteriri
Bu zaman intoksikasiya əlmətləri heyvani məhsulları - ət,balıq,yumurta,süd məmulatı yedikdən sonra meydana çıxır.Tərkibində salmanella törədiciləri olan heyvani məhsulla qəbul edildikdən sonra yoğun bağırsaqda,xüsusən də onun distal hissəsində iltihabi prosesin əmələ gəlməsinə səbəb olur.Bu zaman xəstənin nəcisi az,selikli və qanlı olur.Xəstələrdə bəzən qusma baş verir ki,buna da xəstəliyin yoluxduğu ilk günlərdə baş verir.Salmonelyoz orqanizmin susuzlaşmasına və şoka səbəb ola bilir.
Eşerixioz qastroenteriti
Xəstəlik gedişinə görə vəba xəstəliyinə oxşayır.Xəstəlik zəif intoksikasiya,subfebril qızdırma ilə gedir.Qusma xəstəliyin ilk günlərində olur.Bu xəstəliyə kolit sindromu daha xasdır.Qastroenteritin bu forması zaman defekasiya aktının sayı 10-a çatır,nəcsdə selik və qan olur.
Botulizm də bəzən qusma və ishalla müşayət edilir.Bu əlamətlər xəstəliyin başladığı ilk gündən başlayır və 1-2 gün davam edir. Botulizmdə ishal zamanı qarında kəskin ağrılar baş verir və xəstələrdə paralitik sindrom qoşulur.Paralitik sindrom isə botulizmin diaqnozunu asanlaşdırır.
Vəba qastroenteriti kəskin bağırsaq infeksiyalarından fərqli olaraq qızdırma və intoksikasiya əlamətləri vermədən ishalla başlayır.Bu zaman qusma prosesə gec qoşulur və qarında ağrı olmur.Vəba qastroenteritində nəcis tez durulaşır,çox olur və orqanizm tez susuzlaşır.
Stafilokokk qastroenteriti epiqastral nahiyədə ağrı,ürəkbulanma və qusma ilə kəskin başlayır.Bu zaman xəstələr halsız,sifətləri solğun olur.Onların arterial təzyiq aşağı düşür.
Göbələk səbəbli əmələ gələn qastroenteritin ən ağır formaları quzu göbələyi,solğun əzvay göbələyi və milçəköldürən göbələk yeyildiyi zaman baş verir.


Etiketlər:  Qastroenterit sindromu


RƏYLƏR