Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 17:55
Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhkəməyə verən Musa Orhan yenidən şikayətçidir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə o, aktrisa Hazal Kayanı məhkəməyə verib. Bu barədə aktrisa sosial media hesabında paylaşım edərək məlumat yayıb. O, "M.Orhan mənə qarşı böhtan iddiası qaldırıb. Belə bir gəlir növü yaranıb" deyə paylaşımında bildirib. Hazal məsələ ilə bağlı rəsmi izahat verdiyini də əlavə edib.
Qeyd edək ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Qız bu səbəbdən intihar edib. Bir çox məşhur sima məhkəmə qərarı açıqlanmadan onun ünvanına tənqid və təhqir məzmunlu paylaşımlar edib. Daha sonra 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb olunan Orhanın sərbəst buraxılması tənqidlərin sayının artmasına gətirib çıxarıb. Bundan sonra həmin şəxs paylaşım edən məşhurlardan şikayətçi olaraq təzminat və həbs edilmələrini istəyib.
Onu da qeyd edək ki, Hazal yaxın vaxtlarda ikinci övladını dünyaya gətirəcək.