Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 22:44
PSJ futbolçusu Neymarla yeni müqavilə imzalamaqla bağlı danışıqlara başlayıb.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmaq istəyir. Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimidir.