Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Respublika üzrə bütün pensiyalar BU TARİXDƏ ödəniləcək

Respublika üzrə bütün pensiyalar BU TARİXDƏ ödəniləcək

Tarix: 16 Yanvar 2023 10:36

Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

Milli.Az


Etiketlər:  Respublika üzrə bütün pensiyalar BU TARİXDƏ ödəniləcək


RƏYLƏR