Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda nişanlı qız məktubla bu sözləri yazıb özünü eyvandan atdı

Bakıda nişanlı qız məktubla bu sözləri yazıb özünü eyvandan atdı

Tarix: 16 Yanvar 2023 14:26

Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində intihar hadisəsi qeydə alınıb.

Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib.

Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.

Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi öz əksini tapıb.

Həmçinin intihar edən şəxsin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı da bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda nişanlı qız məktubla sözləri yazıb özünü eyvandan atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ