Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnast: Ümid edirəm ki, gələcəkdə idmanda böyük uğurlar əldə edəcəyəm

Gimnast: Ümid edirəm ki, gələcəkdə idmanda böyük uğurlar əldə edəcəyəm

Tarix: 12 Oktyabr 2019 04:48

Bakı. Cani Babayeva - Trend:

Mən Milli Gimnastika Arenasında ilk dəfə yarışlarda çıxış edirəm.

Bunu Trend-ə "Ocaq Sport" klubunu təmsil edən Azərbaycan gimnastı Arif Məmmədzadə aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyivə Bakı Çempionatında çıxışından sonra deyib.

A.Məmmədzadə bildirib: "Buranən zalı böyük və gözəldir, yerlər çoxdur, hər şey gözəl təşkil edilib. Burada yarışmaq çox xoşuma gəldi".

Gimnastın sözlərinə görə, onun aerobika gimnastikasından çox xoşu gəlir: "Mən özüm gimnastika ilə məşğul olmaq istəmişəm, indi həvəslə məşq edirəm. Ümid edirəm ki, gələcəkdə bu idman növündə böyük uğurlar qazanacağam".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gimnast Ümid edirəm gələcəkdə idmanda böyük uğurlar əldə edəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ