Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2019 06:28
Bakı. Trend:
İran həm birbaşa, həm də digər ölkələrin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırdır.
Trend-in məlumatına görə, bunu "TRT" telekanalına müsahibəsi zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
C.Zərif bildirib: "Biz Səudiyyə Ərəbistanı ilə istənilən məsələlərin müzakirəsinə həmişə açıq olmuşuq. Səudiyyə Ərəbistanı bizim qonşumuzdur... Bizim bir-birimiz ilə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur. Və biz Səudiyyə Ərəbistanı ilə həm birbaşa, həm də vasitəçilərin vasitəsilə danışıqlara açığıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin