Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

Tarix: 17 Yanvar 2023 10:46

7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

Milli.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı,  Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.

Milli.Az


Etiketlər:  Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ