Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynadan “peşka” kimi istifadə edir - Karpenter

ABŞ Ukraynadan “peşka” kimi istifadə edir - Karpenter

Tarix: 17 Yanvar 2023 15:34

ABŞ hazırda Ukraynadan NATO-nun Rusiyaya qarşı proksi müharibəsində "peşka" kimi istifadə edir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Katon İnstitutunun baş elmi işçisi Ted Qalen Karpenter deyib.

Onun sözlərinə görə, Ağ Evin bu strategiyası qanlı, çoxillik münaqişənin qorxulu perspektivini yaradır:

"Qorxuram ki, bu qarşıdurma Rusiya ilə NATO arasında açıq müharibəyə çevrilə bilər. Bu da nüvə silahından istifadəyə gətirib çıxarar".

Karpenter bildirib ki, Ukraynada münaqişənin bitməsi üçün mütləq danışıqlar aparılmalıdır.


Etiketlər:  ABŞ Ukraynadan peşka kimi istifadə edir Karpenter


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ