Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Ukraynaya 260 ədəd T-72 tankı göndərib

Polşa Ukraynaya 260 ədəd T-72 tankı göndərib

Tarix: 17 Yanvar 2023 18:20

Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən "Avropanın müdafiəsində" adlı paneldə çıxışı zamanı deyib.

O, Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb: "Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər".

A.Duda söyləyib ki, Ukraynaya daha çox hərbi yardım göstəriləcək: "Varşava Kiyevə əhəmiyyətli hərbi yardım edir".

Qeyd edək ki, bir müddət əvvəl Polşa hökuməti Ukraynaya "Leopard 2" tanklarının göndərilməsi barədə qərar qəbul edib.

Milli.Az


Etiketlər:  Polşa Ukraynaya ədəd tankı göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ