Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 20:40
Xalq artisti Mələkxanım Əyyubova səhnədən itən bacısı oğlu müğənni Mirkamil Kamilovdan danışmaqdan boyun qaçırıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, "Sözbaz" maqazin verilişinin müxbirinin "Mirkamil haradadır?" sualı ilə sənətkara müraciəti cavabsız qalıb.
M.Əyyubova Mirkamilin adını eşidən kimi, müsahibəni yarıda saxlayıb və bacısı oğlundan danışmaq istəməyib.
Xatırladaq ki, ötən il Ramal bildirib ki, Mirkamil sənətdən küsüb:
"Bu sənətdəsənsə, küsmək olmaz. Mirkamilə də deyirəm, göz önündəyik. Nə etsək, bəlli olur. Deyirik, Mirkamil, gəl, daşı tök ətəyindən. Deyir ki, hələ hazırlaşıram".
Qeyd edək ki, Mirkamil Kamilov uzun illər əvvəl ürəyindən ağır əməliyyat keçirib. Ondan sonra o, səhnəyə geri qayıtsa da, müəyyən səbəblərə görə efirlərdən uzaqlaşıb. Həmçinin müğənni sosial şəbəkə hesabını da bağlayıb. Mələkxanım Əyyubova Ramalın bibisi, Mirkamilin xalasıdır.