Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 07:10
Rusiyanın bir neçə gün öncə Ukraynanın Dnepr şəhərində yaşayış binasına endirdiyi ölümcül raket zərbəsi ilə bağlı türkürpədən detallar məlum olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Dnepr meri Boris Filatovun sözlərinə görə, zərbədən dolayı binanın dağılması nəticəsində itkin düşən insanların bundan sonra tapılması mümkünsüzdür.
O bildirir ki, şiddətli soyuqlar və raket yanacağının yanması səbəbindən həmin insanlar sadəcə əriyib yoxa çıxıblar:
"Kadr arxasında elə dəhşətli səhnələr var ki, çətin ki, insanlar onları görməyə hazır olsun. Dağıntılar altında parçalanmış və plitələr altında qalmış qadının bədəni sadəcə "vərəqə" çevrilmişdi".
Qeyd edək ki, son məlumata görə, raket zərbəsi nəticəsində 45 nəfər ölüb, 25 nəfər isə itkin düşüb.