Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 17:20
Müğənni Nadir Qafarzadə etirafı ilə diqqət çəkib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Günün sədası" verilişində böyük oğlu Loğmanın həyat yoldaşı Əntiqədən danışıb.
Nadir, gəlininə qayınatalıq yox, atalıq etdiyini bildirib:
"Qayınata olmadım, yenidən ata oldum. Qayınata sözü gözəl sözdür, amma mənim üçün deyil. Mən yad olan insana atalıq etməyi bacardım. Bunu da əminliklə deyə bilərəm. Kaş hər bir ata ata olsun, qayınata yox. Hər bir ana ana olsun, qayınana olmasın".