Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda metroda tapılan pul sahibinə qaytarıldı

Bakıda metroda tapılan pul sahibinə qaytarıldı

Tarix: 12 Oktyabr 2019 15:45

Bakı. Trend:

Metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşı bu barədə dərhal aidiyyatı üzrə məlumat verib.

Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb.


Etiketlər:  Bakıda metroda tapılan pul sahibinə qaytarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ