Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Tarix: 12 Oktyabr 2019 16:06

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Biləsuvarda dəhşətli faciə oğul anasını traktorla vurub öldürdü


RƏYLƏR