Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 14:02
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov təqaüdə göndərilib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.