Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiyada pop müğənnisi Karel Gott üçün dövlət dəfn mərasimi keçirilib

Çexiyada pop müğənnisi Karel Gott üçün dövlət dəfn mərasimi keçirilib

Tarix: 13 Oktyabr 2019 04:56

Trend, Baku:

Çexiya şənbə günü pop müğənnisi Karel Gottun cənazəsi üçün milli matəm günü keçirib.

Trend-in məlumatına görə, böyük ekranlarda və Çex televiziyalarında yayımlanan cənazə mərasimində qonaqlar arasında Çexiya prezidenti Miloş Zeman və baş nazir Andrey Babis də varıydı.

Gott bir müddət leykemiya ilə mübarizə etdikdən sonra oktyabrın 1-də 80 yaşında vəfat etdi.

Qeyd edək ki, 1960-cı illərdən bəri 300-ə yaxın albom buraxan və dünyada on milyonlarla nüsxə satan Gott, Çexiyada ən populyar pop müğənnisi sayılırdı.


Etiketlər:  Çexiyada pop müğənnisi Karel Gott üçün dövlət dəfn mərasimi keçirilib


RƏYLƏR