Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdı-qovdu mübarizəsi - VİDEO

Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdı-qovdu mübarizəsi - VİDEO

Tarix: 21 Yanvar 2023 13:22

Rusiyada Oneqa gölündə qırılan buz parçasının üzərində qalmış iki balıqçı xilasedicilərin uzun səylərindən sonra xilas edilib. Onların axtarışlarına Leninqrad və Voloqda vilayətlərinin, həmçinin Kareliya Respublikasının xilasediciləri cəlb olunublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə RF Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, əlverişsiz hava şəraiti - duman, küləyin sürətinin 14 m/s-ə qədər olması və suda dalğalanma hoverkraftın (hava yastıqlı gəmi) buz kütləsinə yaxınlaşmasına imkan verməyib. Sonda balıqçıların xilası üçün Mi-8 helikopteri göndərilib.

Xilas edilən balıqçılar tibb mərkəzinə yerləşdiriliblər.

FHN balıqçıların xilası ilə bağlı videonu yayımlayıb.

Milli.Az


Etiketlər:  Xilasedicilərin qopan buz parçası üzərində qalan balıqçılarla qaçdı qovdu mübarizəsi VİDEO


RƏYLƏR