Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan "Yuventus"a görə bu ölkələrin klublarından imtina etdi

Zidan

Tarix: 21 Yanvar 2023 17:20

Zinəddin Zidan "Yuventus"da işləmək istəyir.

Milli.Az qol.az-a istinadən bildirir ki, o, Turin təmsilçisinə görə Portuqaliya, Braziliya, ABŞ, Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandalarından imtina edib.

Xatırladaq ki, Zidan futbolçu karyerası ərzində 1996-2001-ci illərdə "Yuventus"da çıxış edib. Komanda ilə birlikdə iki dəfə İtaliya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, Qitələrarası kubokun və İntertoto kubokunun qalibi olub.

Zidan son olaraq "Real Madrid"də çalışıb. O, 2016-2018 və 2019-2021-ci illərdə Madrid təmsilçisinə rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Zidan Yuventusa görə bu ölkələrin klublarından imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ