Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukrayna hər gün ən yaxşı adamlarını itirir" - Zelenski

Tarix: 21 Yanvar 2023 19:57

Təyyarə qəzasında həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları ilə vida mərasimində iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski onların yaxınlarına başsağlığı verib və Ukraynanın hər gün ən yaxşı oğul və qızlarını itirdiyini qeyd edib.

Bu barədə dövlət başçısı "Telegram"da yazıb.

"Ağrı ürəyi doldurur. Dilə gəlməyən kədər ruhu bürüyür. Ukrayna hər gün ən yaxşı oğul və qızlarını itirir. Ukraynanın rifahı naminə mühüm və layiqli işinizə görə təşəkkür edirəm", - prezident yazıb.

Milli.Az


Etiketlər:  Ukrayna hər gün ən yaxşı adamlarını itirir Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ