Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan daha tez sağalmaq üçün BUNLARI YEYİN

Koronavirusdan daha tez sağalmaq üçün BUNLARI YEYİN

Tarix: 21 Yanvar 2023 20:18

Koronavirusa yoluxanlar sağalma prosesini aktivləşdirmək və öz vəziyyətini yüngülləşdirmək üçün rasionlarında A, C, D vitaminləri və həmçinin Omeqa-3 yağlı turşularla zəngin olan qidaları artırmalıdır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislər koviddən daha tez sağalmaq üçün bu kimi qidaları istehlak etməyi tövsiyə edirlər:

Mal ağciyəri və kök. Bu qidalar A vitamini ilə zəngindir. Mütəxəssislər bu vitamini ağciyər üçün ən faydalı hesab edirlər. A vitamini virus əleyinə təsir edir, iltihabı azaldır və bunun nəticəsində kovidin gedişatını yüngülləşdirir.

Balqabaq tumları və yulaf. Sinklə zəngin olan bu qidalar koronavirus zamanı çox faydalı sayılır. Alimlər qeyd edirlər ki, sink virusəleyhinə təsirə malikdir və həmçinin nəfəs yollarının keçiriciliyini yaxşılaşdırır, zədələnmiş ağciyər toxumasının bərpasını tezləşdirir.

Mütəxəssislər qeyd edirlər ki, sink A vitamini ilə bir yerdə daha yaxşı mənimsənilir.

Qoz və balıq. Sübut olunub ki, Omeqa-3 yağlı turşuları beyin, ürək və arteriyaları qoruyur. Son araşdırmalar göstərib ki, Omeqa-3 həmçinin kovid-infeksiyasına yoluxmuş insanlara daha tez sağalmağa yardım edir.  

Sitrus meyvələri, kivi. C vitamini ilə zəngin olan bu meyvələr soyuqdəyvə, virus infeksiyaları və o cümlədən koronavirus zamanı sağalmanı tezləşdirir.


Etiketlər:  Koronavirusdan daha sağalmaq üçün BUNLARI YEYİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ