Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2019 13:12
Azərbaycanlı futbolçu Kamran Əiyev Rusiya çempionatının 1-ci divizionunda növbəti qolları vurub.
Qol.az xəbər verir ki, o, 17-ci turun “Moroviya”ya qarşı doğma meydanda keçirilən matçında (4:0) iki qola imza atıb. Start heyətdə meydana çıxan Kamran 6 və 47-ci dəqiqədə fərqlənib, 79-cu dəqiqədə isə əvəzlənib.
Qeyd edək ki, bu, Əliyevin hazırkı mövsümdə 7-ci qolu olub.
“Ximki” 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.