Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərxanın iti canlı efirdə Zaurun qızına qorxu dolu anlar yaşatdı - VİDEO

Sərxanın iti canlı efirdə Zaurun qızına qorxu dolu anlar yaşatdı - VİDEO

Tarix: 23 Yanvar 2023 03:40

"Zaurla Günaydın" səhər şousuna qonaq gələn aktyor Sərxan Kərəmoğlunun Aşkım adlı iti Zaurla Günay Baxşəliyevlərin qızı Dilavərə qorxu dolu anlar yaşadıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən verilişdə mahnı oxuyan Sərxan qucağından itini yerə qoyduğu an ev heyvanı Dilavərin üstünə gedib.

Bu anda isə Dilavər göz yaşları içində ağlayaraq anası Günayın yanına qaçıb. Bunu görən Kərəmoğlu iti yenidən qucağına alıb.

İfasını bitirdikdən sonra Sərxan Aşkım adlı itini baxıcıya verib və studiyadan uzaqlaşdırıb.

Həmin anlar isə anbaan verilişin canlı efirində nümayiş olunub.

Milli.Az


Etiketlər:  Sərxanın iti canlı efirdə Zaurun qızına qorxu dolu anlar yaşatdı VİDEO


RƏYLƏR