Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 07:36
Avropanın ən böyük qaz yatağı hesab edilən Niderlanddakı Qroningen yatağı seysmik təhlükənin olması səbəbindən bağlana bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, hökumət bu il oktyabrın 1-dək qaz yatağını bağlanmağı planlaşdırır.
Eyni zamanda, hazırda ölkədə və Avropada qaz ehtiyatının kifayət qədər olub-olması üzrə monitorinq davam edir. Bildirilir ki, yatağın bağlanması qitədə əhəmiyyətli qaz qıtlığına səbəb ola bilər.
Bununla yanaşı, qeyd olunur ki, zərurət yaranarsa, yatağın işi 2024-cü ilin oktyabr ayına qədər uzadıla bilər.