Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə: ''Tünzalənin qayıdacağını gözləyirdim'' - VİDEO

Dilarə: ''Tünzalənin qayıdacağını gözləyirdim'' - VİDEO

Tarix: 23 Yanvar 2023 13:10

Ötən gün Milli Onkologiya Mərkəzində saat 12 radələrində xərçəngdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün həmkarı Əməkdar artist Dilarə Əliyeva Heydər məscidinə gəlib.

Sənətçi həmkarı Əməkdar artist Ülviyyə Əliyeva ilə görüşərək, göz yaşlarına qərq olub.

Sonxeber.net bildirir ki, bizim.media-nın əməkdaşı ilə söhbətində Dilarə mərhum aktrisa ilə bağlı xatirələrini bölüşüb:

"Tünzalə yaşamaq istəyirdi. Mən onun xəstəxanadan çıxıb, qayıdacağını gözləyirdim. Onun yaşamaq inamı vardı, güclü idi. Sonuncu danışığımızda səsi batmışdı. Artıq rollarını oynaya bilmirdi.

Onun rolu dəyişib, başqa aktrisaya verilməli idi. Deyirdim ki, güclüsən, sən gəlib, yenidən öz rolunu oynayacaqsan (Qaratikan serialında Qaragilə obrazı -red.). Onunla keçən həftə yazışmışdıq. Tünzalə qısa ömründə sənətkar, bir aktrisa kimi o qədər gözəl işlər gördü, insanların üzünü güldürdü. Onu hamı sevir. Hesab edirəm ki, Tünzalə nə qədər ağrı, acı yaşasa da, onun ruhu şaddır. Onun üçün hamı göz yaşı tökür. Allah rəhmət eləsin!"


Etiketlər:  Dilarə Tünzalənin qayıdacağını gözləyirdim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ