Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə - Milyon dollarlıq soyğunçuluq - FOTO

22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə - Milyon dollarlıq soyğunçuluq - FOTO

Tarix: 28 Yanvar 2023 21:22

Türkiyənin bir çox vilayətində vətəndaşların telefonlarına müxtəlif məzmunlu linklər göndərən xaker dəstəsi üzvləri linklərə klikləmiş şəxslərdən əldə etdikləri məlumatlarla 14200 nəfəri aldadıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Konya mərkəzli 5 vilayətdə həyata keçirilən əməliyyatda aralarında 22 yaşlı şəbəkə başçısı da daxil olmaqla 10 nəfər həbs edilib.

RR kod adlı dəstə başçısının Türkiyədə ilk 10 qeyri-qanuni xaker arasında olduğu və əldə etdiyi cinayət elementindən milyonlarla lirə ilə dəbdəbəli həyat sürdüyü müəyyən edilib.

RR kod adlı 22 yaşlı Ramazan Ç. basqın zamanı cinayət başında yaxalanıb. Eyni zamanda keçirilən əməliyyatlar zamanı dəstə üzvü olan 14 şübhəli şəxslər də saxlanılıb. Dəstə başçısının ələ keçirildiyi ünvanda axtarış aparan qruplar 49 mobil telefon, 52 debet/kredit kartı, 25 sim kart, 12 noutbuk, 6 hard disk, 1 kompüter seyfi, 1 planşet, 1 kamera, 1 polad seyf tapıblar. Eyni zamanda yeni növ şəxsiyyət və sürücülük vəsiqəsi və başqa şəxslərin adına verilmiş təşkilat sənədi, 6 min ABŞ dolları, 19 min lirə pul, 155 avro, 200 Danimarka kronu, 47 ədəd narkotik həb, 1,9 qram heroin, 3 ədəd qılınc tipli kəsici alət və 1 ədəd saxta pasport ələ keçirilib.

Milli.Az


Etiketlər:  22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə Milyon dollarlıq soyğunçuluq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ