Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı qadağa qoyuldu

Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı qadağa qoyuldu

Tarix: 28 Yanvar 2023 23:00

Ukraynalı musiqiçilərə, aktyorlara Almaniyada keçiriləcək festivalda Rusiyanın Xalq artisti Anna Netrebko ilə birlikdə çıxış etmək qadağan olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" nəşri məlumat yayıb. Bildirilib ki, bunu Ukraynanın Hessedəki baş konsulu Vadim Kostyuk deyib. Belə ki, ukraynalı sənətçilərə Anna ilə bağlı qoyulan qadağa Visbadendə keçiriləcək Beynəlxalq May Festivalını əhatə edəcək.

Bildirilib ki, Ukrayna tərəfi rusiyalı opera müğənnisinin Almaniyadakı çıxışının ləğv edilməsini istəsə də, təşkilatçılar bundan imtina ediblər. Kostyuk bundan sonra açıqlama verərək vurğulayıb ki, ukraynalı sənətçilər Visbadendə çıxış edə bilməyəcəklər və bu, onlara qadağandır. Baş konsulun sözlərinə görə, qadağa Netrebkonun Ukraynanın sanksiya siyahısında olması ilə bağlıdır.

Qeyd edək ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəlidir. Ötən ilin fevralından Ukraynaya qarşı aparılan müharibə fonunda Rusiyanı dəstəkləyən ifaçı, sanksiyalardan sonra geri addım atmışdı. Buna baxmayaraq onunla bağlı qadağalar hələ də qüvvədə qalır.

Milli.Az


Etiketlər:  Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı qadağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ