Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən ilin ən məşhur serialları

Ötən ilin ən məşhur serialları

Tarix: 29 Yanvar 2023 10:14

2022-ci ilin ən məşhur serialı seçilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Nielsen" analitik agentliyi ötən ilin ən çox baxılan televiziya şoularının siyahısını açıqlayıb.

"Qəribə məxluqlar" ən məşhur serial seçilib. İkinci sırada "Ozark" qərarlaşıb. "Wednesday" isə siyahıya üçüncü sırada daxil olub.

İlk onluğa "Cobra Kai", "The Bridgertons", "Virgin River", "Dahmer", "Love Is Blind", "Annanı kəşf etmək" və "Tache Crown" adlı ekran işləri tamamlayıb.

Agentlik həmçinin ümumi siyahı da dərc edib. Burada da "Qəribə məxluqlar" serialı lider olub. Ondan sonra "NCIS" serialı və "Cocomelon" uşaq şousu gəlir. İlk onluq isə belədir: "Ozark", "Enkanto", "Qrey anatomiyası", "Criminal Minds", "Bluey", "Gilmore Girls" və "Seinfeld".

Milli.Az


Etiketlər:  Ötən ilin ən məşhur serialları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ