Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Var-dövlət oxumaqladırsa, mən niyə edə bilmirəm?"

Tarix: 29 Yanvar 2023 18:20

"Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxuduğumun 1 faizini oxuyun. Mənim ürəyim, mədəniyyətim, insanlığım sizdə olsun.  Ömürboyu mənə paxıllıq edib ölmüsünüz".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Salam, Azərbaycan" verilişində deyib. Sənətçi onu tənqid edənlərə cavab verərək, sənət adamlarını paxıl adlandırıb:

"Gəlin sizdə çıxın xalqın içinə, Mətanət də. Elin gözü aynadır, çıxıb ciyildəməklə deyil. Onları millətin içində adını deyib, çırparam da. Onların yanında dilim qısa deyil. Xalq bilir, onlar necə, mən necə gəlmişəm. Əllərinə fürsət düşüb: pulları, imkanları var. Deyirlər, sənin nəyin var? Mətanətdə olan səndə yoxdur. Özün qəbrə sığmırsan, çəkin gözünüzü mal-mülkdən. Tək qadınlar yox, arvadsifət kişilər də elədir. Onların üzünü pul ağ edir. Bilirəm, nə edirlər, hardan gəlirlər, zirvəyə qalxırlar. Var-dövlət oxumaqladırsa, Mətanət niyə üst-üstə qoymur? Bir gün adlarına qədər deyəcəyəm. Səsinizi alın, cəmiyyət sizə baxır. Bir dəqiqədə hər şeyi deyərəm, qalarsınız yerinizdə. Aparıcılar alqışlarla gətirir, öz pullarına güllər alıb düzürlər. Aparıcının nəyinə lazımdır müğənniyə gül alsın". 

Milli.Az


Etiketlər:  Var dövlət oxumaqladırsa mən niyə edə bilmirəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ